Bakıda Zəfər Gününün 6-cı ildönümünə həsr olunan “Qələbə qaçışı” möhtəşəm musiqi proqramı ilə yadda qalıb.
Tədbirdə səhnəyə çıxan HITMAKER Murad Arif iştirakçılara və qonaqlara unudulmaz musiqi anları yaşadıb. Sənətçi ard-arda sevilən mahnılarını ifa edərək izdihamın coşqusuna səbəb olub.
Çıxışın ən yaddaqalan məqamlarından biri isə Murad Arifin müğənni Mərdan Kazımovla birlikdə “Qaragözlər” mahnısını duet şəklində ifa etməsi olub. İfa iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konsertdən sonra Murad Arif pərəstişkarları ilə görüşərək onlarla xatirə fotoları çəkdirib.
Qeyd edək ki, bu il altıncı dəfə təşkil olunan “Qələbə qaçışı” Vətən müharibəsində qazanılan tarixi Zəfərin 6-cı ildönümünə həsr edilib. “Qürurla irəli” şüarı altında keçirilən yarışda 2 minə yaxın iştirakçı bir araya gəlib.
Xeyriyyə məqsədi daşıyan layihə çərçivəsində toplanan ianələrin “YAŞAT” Fonduna yönəldilməsi nəzərdə tutulub.
Murad Arifdən “Qələbə qaçışı”nda coşğulu çıxış
670
