HITMAKER Murad Arif sosial şəbəkələrdə fikir ayrılıqları, insanların bir-birinə münasibəti və gündəmdəki aktual mövzu ilə bağlı paylaşım edib.
Dərgi.az xəbər verir ki, sənətçi bu haqda sosial media hesabında yazıb. Murad Arif bildirib ki, virtual mühitdə insanlar bir-birinə qarşı real həyatda olduğundan daha aqressiv davranırlar:
“Hər kəsin istənilən mövzuda fikri, o fikri ifadə etmək imkanı və həmin fikirdə yanılmaq, yanlışından dərs çıxartmaq şansı olmalıdır. Amma, nə hikmətdirsə bu Sosial Şəbələlərdə təpkilər elədir ki, sanki danışan peyğəmbər olmalı və dediyi də mütləq haqq sayılmalıdır. Bu tələblə yanaşırıq hər kəsə. Bir-birinizin yaxasından düşün, ay millət. Mən ümumiyyətlə yanlışlara açıq, səhvi labüd sayan, özümü də daim öyrənən biri kimi tanıyıram. Amma siz bu qədər mükəmməlsiniz hər işinizdə? Özünüz O’sunuz? Özünüzə tələbləriniz bu qədər yüksəkdirmi? Məsələn, ətraf üçün, xalq üçün, lap özünüz üçün bir şeylər edə bildinizmi? Nolsun ki, ünsiyyətimiz virtualdır, aramızda FB-nin ağ lövhəsi və simvollardır. Səhifənizə girməsək də, bəzən şəklinizi görməsək də, təxmin edirəm ki, hamı elə eyni dərəcədə insandır. Biri bir atadır, övladdır, anadır, insandır… Axı normal həyatda belə danışmırıq bir-birimizlə. Virtualda niyə arsızlaşırıq? Haradandır bu “müdir” eqosu, “ağa” təpkisi, “ən ağıllı” sifətiylə dərs keçmək cəhdi, diktator təbiri? İnsanıqsa, insanlıqdan çıxmayaq. Bu bir.
İkincisi, mən düz adamam e) Türkün sözü, genəldə, düz adamam. Yəni təməl prinsiplərim normaldır. Valideynlərimə yaxşı övlad, ailəmə yaxşı ər-ata, peşəmdə zəhmətkeş, məsuliyyətli… şəxs olaraq mütaliəli, maraqlanan, sorğulayan, hələ də öyrənən… inancımda da ədalətə, haqqa inanan. Səhvlərim varmı? N sayda.
Haradasa çox ağıllı görünmüşəmsə, üzrlü sayın. İstədiyinizi ifadə etməmişəmsə, üzrlü sayın. Sizin kimi düşünmürəmsə, üzrlü sayın. Amma, adam olub, öz adamlılığınızla, (elə mənə) nümunə olun, utandırın.
Üçüncüsü, bu aktual mövzuda rəyim, fikrim bəllidir. Skrinşotlar əllərdə. Bulqakov demiş, Əlyazmalar yanmır, OK. Amma, bir şeyi açıq-aydın anlayıram ki, bilmədiyimiz, anlamadığımız çox şeylər olur ki, onu bilənlər 10 addım qabaqcadan hesablayır, davranır və millət üçün ən xeyirlisini edir. Prioritet Azərbaycandırsa, gerisi təfərrüat. Gəlin, hadisələrin, olayların mərkəzinə Azərbaycanın maraqlarını qoyaq və güvənək”.
Könül
