Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib.

Dergi.az xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu sosial şəbəkə hesabında paylaşım edib.

56 yaşlı jurnalistin uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Xəstəliyi ilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılan Zeynallı bir müddət Türkiyədə müalicə alıb.

Qeyd edək ki, mərhum jurnalist 2024-cü ildə 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Allah rəhmət eləsin!