Jurnalist Könül İbrahim məktəblinin makiyaj edərək çəkdiyi videodan danışdı
Jurnalist Könül İbrahim sosial şəbəkələrdə gündəm olan məktəblinin videosu ilə bağlı fikirlərini bölüşüb.
Belə ki, məktəblilərdən birinin məktəbin ilk günü ilə bağlı makiyaj edərək video çəkdiyi və təhsil prosesi ilə bağlı fikirlərini bölüşdüyü görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Videoda məktəbli ilk günün onun üçün yorucu keçdiyini və bir neçə dərsdə, demək olar ki, heç bir fəaliyyət olmadığını bildirib.
“Deməli, təxminən 6 dərs biz boş-boş oturduq, sadəcə 2 dərs yalandan müəllimlər bir şeylər danışdı”, – deyə şagird qeyd edib.
Videonun davamında məktəbliyə hazırlıq prosesi, makiyaj etməsi, servis gözləməsi və rəfiqəsi ilə məktəbə getməsi əks olunub. O, həmçinin məktəbdə insanların çox olduğunu və növbənin uzun çəkdiyini bildirib.
Məsələ ilə bağlı jurnalist Könül İbrahim də fikirlərini bölüşüb. O, məktəblinin paylaşımını şərh edərək mövzuya münasibətini ifadə edib.
