Türkiyəli aktyor Kubilay Aka Vogue Türkiyənin oktyabr 2026 digital üz qonağı olub. Aktyor jurnal üçün verdiyi müsahibədə karyerası, şəxsi həyatı və sevgi anlayışı ilə bağlı maraqlı açıqlamalar verib.
Dergi.az xəbər verir ki, Kubilay Aka karyerasında keçirdiyi 10 ili və bu müddətdə baş verən dəyişiklikləri müzakirə edib. “Vatanım Sensin” serialının onun həyatında dönüş nöqtəsi olduğunu vurğulayıb. Aka indi daha seçici olduğunu və yaxşı hekayələr, xarakterlər axtardığını bildirib.
ATV ekranlarında yayımlanan “Mercan Köşk” serialında canlandırdığı Aras obrazı haqqında danışan Aka, bu obrazın onun həyata baxışını necə dəyişdirdiyini qeyd edib. “Bəzən həll yolu davamlı mübarizə deyil, bəzi şeyləri olduğu kimi qəbul etməkdir” deyə bildirib.
Şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verən Kubilay Aka aşiq olanda daha paylaşımcı, qoruyucu və emosional olduğunu deyib. O, yaxşı münasibətin əsasının güvən, düzgün ünsiyyət və qarşılıqlı hörmətdən keçdiyini vurğulayıb.
Sosial mediada sərhədlərini qorumağa diqqət etdiyini bildirən Aka, izləyicilərdən aldığı uzun şərhləri oxumaqdan zövq aldığını söyləyib. O, küçədə qarşılaşdığı maraqlı hadisələri də bölüşüb və izləyicilərin bəzən ona serialdakı obrazının adını çağıraraq müraciət etdiyini qeyd edib.
