Türkiyəli aparıcı və aktyor Onur Büyüktopçu 28 kilo arıqladığını açıqlayıb.
Dergi.az xəbər verir ki, Onur Büyüktopçu daha əvvəl pəhrizlə arıqladığını bildirmişdi. Lakin son açıqlamasında bu prosesin pəhrizlə yanaşı, idman və sağlam həyat tərzi ilə də dəstəkləndiyini etiraf edib.
Büyüktopçu özünü daha sağlam və enerjili hiss etdiyini vurğulayıb və bu dəyişiklikdən çox məmnun olduğunu bildirib.
Məşhur aparıcı özünü daha yaxşı hiss etməsi üçün pəhriz və idmanın vacibliyini qeyd edib.
