Avstraliyalı model Biyanka Sensori amerikalı reper Kanye Uestin Finiksdəki konsertinə qatılıb.
Dergi.az xəbər verir ki, 32 yaşlı model konsert üçün seçdiyi açıq-saçıq geyimi ilə diqqət çəkib. O, amerikalı fotoqraf Devid Laşapel üçün şəffaf qara bodi və corab geyinərək poz verib, sinəsi açıq qalıb.
Sensori reperin çıxışını VIP-lojadan izləyib və yayılan fotolara görə, orada bir uşağa da baxıb.
Modelin belə cəsarətli obrazları ilə tez-tez gündəmə gəldiyi bildirilir. İddialara əsasən, onun bu tərzini Kanye Uest formalaşdırır və hər belə çıxış üçün ona ödəniş edir.
Sensori isə açıqlamalarında əri tərəfindən təzyiq olmadığını, lakin bir müsahibəsində “çılpaq olmaqdan bezdiyini” etiraf edib.
