Türkiyəli televiziya prodüseri və Acun Medya-nın baş koordinatoru Esat Yontunç haqqında yayılan boşanma və xəyanət iddialarına cavab verib.

Dergi.az xəbər verir ki, Esat Yontunç və həyat yoldaşı, modacı Hande Gülşen arasında münasibətlərin pozulduğu və cütlüyün boşanmağa hazırlaşdığı iddia edilib. İddialarda Yontunçun başqa bir şəxslə əlaqədə olduğu da qeyd olunub.

Yontunç isə bu iddiaları qətiyyətlə rədd edib və adı çəkilən şəxsi tanımadığını bildirib. O, belə bir xəbərin yayımlanmasına görə hüquqi tədbirlər görəcəyini açıqlayıb.

Esat Yontunç və Hande Gülşen 2017-ci ildə Göcekdə evləniblər və Esathan adlı oğulları var.

Yontunçun açıqlamasına görə, o, iddiaları təkzib edib və hüquqi prosesə başlayacağını vurğulayıb.