Türkiyəli aktyor Mert Fırat və həyat yoldaşı İdil Fırat ikinci dəfə valideyn olmağa hazırlaşır.
Dergi.az xəbər verir ki, cütlüyün ikinci uşağı oğlan olacaq. İlk övladları Seyhan Mia 2020-ci ildə dünyaya gəlib.
İdil Fıratın dörd aylıq hamilə olduğu və oğlan uşağı dünyaya gətirəcəyi bildirilib. Bu xəbərlə ailədə böyük sevinc yaşanır.
Mert və İdil Fırat 2018-ci ildə ailə qurub, 2020-ci ildə ilk övladlarını qarşılayıblar. İndi isə Seyhan Mia-nın abla olacağı gözlənilir.
