Türkiyəli aktyor Alp Navruz teatr səhnəsinə çıxmağa hazırlaşır. Aktyor “Misyon: Küçük Felaketler” adlı yeni tamaşada rol alacaq.

Dergi.az xəbər verir ki, DasDas teatrının hazırladığı bu layihədə Navruzla yanaşı, Burak Sergen, Emrecan Karakurum, Evren Bingöl, Hakan Meriçliler və Özgün Aydın kimi tanınmış simalar da yer alıb. Tamaşanın ssenarisi Mert Şişmanlar tərəfindən yazılıb, rejissorluğunu isə Mert Fırat və İlksen Başarır həyata keçirir.

Tamaşa bir qrup insanın öz qaydaları ilə yaratdığı sistemi və bu sistemin doğurduğu qarşıdurmaları mövzu alır. Alp Navruzun bu teatr layihəsi onun televiziya karyerasından fərqli istiqamətdə bir addım atması kimi dəyərləndirilir.

Tamaşanın 1 dekabrda premyerası keçiriləcək və bilet satışları artıq böyük maraq doğurub.