Tanınmış rusiyalı müğənni Stas Mixaylov Xalq artisti Emin Ağalarovun “YouTube” layihəsində qonaq olub.

Dergi.az xəbər verir ki, sənətçi söhbət zamanı azərbaycanlı köklərindən danışıb və atasının azərbaycanlı olduğunu açıqlayıb.

Mixaylov bildirib ki, onun ata tərəfdən babası Şamaxıdandır. Müğənni atasının Azərbaycan dilində danışa bildiyini, babasının məzarının isə Sumqayıtda yerləşdiyini deyib.

“Atamın atası azərbaycanlıdır, rus xanımla evlənib. Mənim də anam rusdur. Babamın məzarı Sumqayıtdadır. Onu neçə dəfə ziyarət etmişəm. Bu dəfə isə övladlarımı gətirdim ki, onlar da ziyarət etsin”, – deyə müğənni bildirib.