Türkiyəli aktrisa Aleyna Solaker “Güllər və Günahlar” serialında canlandırdığı Azra obrazı ilə bağlı danışıb.

Dergi.az xəbər verir ki, Aleyna Solaker Azra obrazının yaşadığı çətinliklərə baxmayaraq, yaxşı qalmağa çalışmasının onu çox təsirləndirdiyini bildirib. Aktrisa, obrazın gələcək bölümlərdə güclənməsini arzuladığını qeyd edib.

Solaker Azra ilə Cihan (Serdar Orçin) arasındakı münasibətə də toxunaraq, bir insanı və ya münasibəti yalnızca xarici görünüşlə qiymətləndirməyin doğru olmadığını vurğulayıb. Cihanın xaricdən Azra’ya aşiq və yaxşı bir həyat yoldaşı kimi görünsə də, Azranın psixoloji zorakılığa məruz qaldığını bildirib.

Aktrisa, Azra obrazının qadınların mübarizəsinə dair fərqindəlik yaratmasından dolayı məmnun olduğunu da ifadə edib.

“MAG” jurnalına verdiyi müsahibədə Solaker, Azra obrazını canlandırdıqdan sonra bənzər təcrübələr yaşayan qadınlardan mesajlar aldığını açıqlayıb.