Rusiyalı rejissor və aktyor Fedor Bondarçuk “Xottabiç” filmində cin obrazını canlandırıb.
Dergi.az xəbər verir ki, filmdə Bondarçukun makiyajı əvvəlcə 30-50 dəqiqə çəkib, lakin layihənin ortalarına doğru bu proses 17 dəqiqəyə qədər azaldılıb. Makiyaj ustası Roksi Balboa bildirib ki, Bondarçukun obrazı dörd fərqli tərzdən ibarət olub. Bunlar “Tüccar” orta uzunluqda saqqal və bığlarla, “Sultan” dəbdəbəli geyimlərlə, “Lebovski” uzun saqqal və rəngli hörüklərlə, “Modaçı” isə qısa saqqal və uzun ağ saçlarla təsvir edilib.
Sultan obrazının geyimi texniki baxımdan ən çətini olub. Bu geyim üçün 20 metrdən çox parça və əl ilə tikilən 10 min Swarovski daşı istifadə edilib.
