“Güllər və Günahlar” serialında Serhat obrazını canlandıran Murad Yıldırım, son bölümdəki performansı ilə izləyiciləri təsirləndirib.

Dergi.az xəbər verir ki, yeni bölümdə Serhat, qızı Kader ilə birlikdə yaşamağa çalışır. Kaderin etirazlarına baxmayaraq, Serhat “Bir dəqiqə daha ayrı qala bilmərəm” deyərək onu götürür.

Serialın həyəcan dolu yeni bölümündə Serhat, hadisələrin məsuliyyətini daşıyan Berrakı həbsdən çıxarmaq istəyir. Zeynəpin “Serhat Berrakı həbsdən çıxarmaq istəyir, cəzasını özü kəsmək istəyir” sözləri böyük bir qarşıdurmanın xəbərçisidir.

Zeynəpin günorta vaxtı qaçırılması hadisələri başqa bir nöqtəyə aparır. Serhat bir tərəfdən qızı Kader ilə yeni həyat qurmağa çalışarkən, digər tərəfdən böyük bir təhlükə ilə üzləşir.

NGM imzalı “Güllər və Günahlar” serialının yeni bölümü bu axşam saat 20:00-da Kanal D-də yayımlanacaq.