Türkiyəli aktyor Murat Yıldırımın baş rolda olduğu “Güllər və Günahlar” serialında böyük bir sirr açılıb. Serialda Serhat obrazı, Kaderin öz qızı olduğunu öyrənib və bu hadisə onun həyatını alt-üst edib.

Dergi.az xəbər verir ki, Murat Yıldırımın bu səhnələrdəki aktyorluq performansı izləyicilər tərəfindən yüksək qiymətləndirilib. Aktyorun mimikaları, göz yaşları və reaksiyaları sosial media platformalarında geniş yayılıb.

Serialın son bölümü tamaşaçılar arasında böyük maraq doğurub. Serhatın bu həqiqətlə necə başa çıxacağı və Kaderlə münasibətlərinin necə inkişaf edəcəyi maraqla gözlənilir.

“Güllər və Günahlar” serialının yeni seriyası bu axşam Kanal D-də yayımlanacaq.