Türkiyəli aktrisa Nurgül Yeşilçay və komediyaçı Cem Yılmaz arasında yaşanan yaş ayrımcılığı və baston polemiği magazin gündəminə düşüb.

Dergi.az xəbər verir ki, Yeşilçay serial sektorundakı qadın aktrisalara qarşı yaş ayrımcılığını tənqid edərkən, “Bir ayağı çuxurda deyib sonra bastonla yürümələr” ifadəsi ilə Cem Yılmazın keçmişdə etdiyi bir zarafata göndərmə edib.

Cem Yılmaz isə bu polemika ilə bağlı açıqlama verərək, “Bastonum 90-lardan bəri danışılır” deyib.

Komediyaçı, həmçinin Nurgül Yeşilçayı çox sevdiyini və onunla bağlı heç bir pis düşüncəsi olmadığını bildirib. O, “Esprili insanları sevirəm” deyə əlavə edib.