Kanal D ekranlarında yayımlanan “Güllər və Günahlar” serialının yeni bölümündə Serhat və Kaderin görüşü baş tutacaq.

Dergi.az xəbər verir ki, son bölümdə Murat Yıldırımın canlandırdığı Serhat obrazı qızı Kaderə qovuşmaq üçün mübarizə aparır və bir sıra təhlükələrlə üzləşir. Kader həqiqəti öyrəndikdən sonra Serhat onu birlikdə yaşamağa razı salmağa çalışır.

Serhatın bu qərarlılığı “Mən buna icazə verə bilmərəm Zeynəb. Bir dəqiqə də ayrı qala bilmərəm” sözləri ilə təsdiqlənir və Kaderi götürərək yeni bir dövrün başlanğıcını qoyur.

Serialda digər tərəfdən Serhat, Berrakı həbsdən çıxarmaq və intiqam almaq üçün hazırlıq görür. Zeynəbin “Serhat Berrakı həbsdən çıxarmaq istəyir. Cəzasını özü versin istəyir” sözləri isə qarşıda gözlənilən çətin qarşılaşmanın xəbərçisidir.

Serhatın Kaderlə yeni bir həyat qurmaq arzusu və Zeynəbin qaçırılması ilə serialda hadisələr daha da gərginləşir. “Güllər və Günahlar”ın yeni seriyası bu axşam saat 20:00-da Kanal D-də yayımlanacaq.

XƏBƏRİN VİDEOSU