Türkiyəli aparıcı Beyazıt Öztürk “Beyaz’la Joker” adlı yeni yarışma proqramı ilə yenidən efirə qayıdıb.
Dergi.az xəbər verir ki, proqramın ilk buraxılışı akademik Məvlüt Noyan ilə başlayıb. Onun bilikləri və Beyazıt Öztürk ilə maraqlı dialoqları tamaşaçılara həm həyəcan, həm də gülüş dolu anlar yaşadıb.
Daha sonra yarışmada İstanbul Boğaziçi Universitetinin Molekulyar Biologiya və Genetika fakültəsinin məzunu Yiğitcan Yılmaz iştirak edib. Tarix və mitologiyaya olan marağı ilə seçilən Yiğitcan doğru cavabları ilə böyük mükafata yaxınlaşıb.
Gecənin digər iştirakçısı opera sənətçisi Hanzadə Noyan olub. Özünəməxsus tərzi və sakit davranışı ilə diqqət çəkən Hanzadə xanım performansı ilə ekran qarşısındakıların marağını cəlb edib.
“Beyaz’la Joker” bu axşam saat 20:00-da Kanal D-də yayımlanacaq.
