Kanal D-də yayımlanan “Daha 17” serialının son bölümü izləyiciləri ekran başına kilidləyib. Teomanın “Serhatı mən öldürdüm” etirafı bölümdə böyük səs-küy yaradıb.
Dergi.az xəbər verir ki, Akkaya ailəsinin polis tərəfindən gözaltına alınması ilə başlayan hadisələr zənciri keçmişin qaranlıq sirlərini üzə çıxarıb. Leyla keçmişin qapılarını aralayaraq uşaqlıq xatirələrini xatırlamağa başlayıb.
Teoman keçmişə dair yaddaşını zorladıqda Serhatı itələdiyini və onun qanlar içində olduğunu xatırlayıb. Bu hadisə Teomanın böyük travma yaşamasına səbəb olub. Etirafı həm Denizdə, həm də izləyicilərdə böyük şok yaradıb.
Aras və Uğurun qarşılaşması isə gerilimi daha da artırıb. Serial reyting siyahısında birinci yerdə qərarlaşıb və hər bazar Kanal D-də yayımlanır.
