Türkiyəli aktyor Özgür Emre Yıldırım “Susuz Yaz” serialında Ethem rolü ilə ekranlara qayıdır.
Dergi.az xəbər verir ki, Kanal D-də yayımlanacaq serialın çəkilişləri Adanada keçiriləcək. Serial, Necati Cumalının eyni adlı romanından televiziya üçün uyğunlaşdırılıb.
Serialın çəkilişləri üçün aktyorlar Adanada at biniciliyi və şivə dərsləri alır. Bu hazırlıqların məqsədi dönəmin atmosferini daha real şəkildə təqdim etməkdir.
Özgür Emre Yıldırımın canlandıracağı Ethem obrazı, serialdakı əsas qarşıdurmaların mərkəzində olacaq. Serialda Hasan (Batuhan Bozkurt Yüzgüleç) Ethemin tarlalarını ələ keçirir və bu, hadisələrin gedişatını dəyişdirir.
“Susuz Yaz” serialı yeni mövsümdə böyük marağa səbəb olmağa hazırlaşır.
