Kanal D-də yayımlanan “Daha 17” serialında Leyla qardaşı bildiyi Teomanın əslində Arasın illərdir axtardığı Demir olduğunu anladı.
Dergi.az xəbər verir ki, serialın son bölümündə Metinin, Hakanın cinayətini etiraf etdiyi video Arası həbsdən xilas etdi. Aras, Leyla və Teoman bağ evində Caner və adamlarının çıxardığı yanğının ortasında qaldı. Deniz isə Teomanla münasibətlərini kəsdi.
Şebnemin Arasa “Oğlumu məndən almağa cəhd etsən, altından çıxa bilməyəcəyin bir acı yaşadaram” deməsi gərginliyi artırdı. İzləyicilər iki qardaşın qovuşub-qovuşmayacağını maraqla gözləyirlər.
Pastel Film tərəfindən istehsal olunan “Daha 17” serialı hər bazar Kanal D-də yayımlanır.
