Türkiyəli aktrisa Pelin Akil “Mükemmel Anneler” adlı yeni serialda rol alacaq.

Dergi.az xəbər verir ki, “Pem Yapım”ın istehsalı olan serialın hazırlıqları sürətlə davam edir və Pelin Akil bu layihədə “Banu” obrazını canlandıracaq.

Serialın iddialı layihə olduğu və geniş tamaşaçı kütləsi tərəfindən maraqla gözlənildiyi bildirilir.

Pelin Akilin serialda iştirakı ilə bağlı razılığa gəldiyi qeyd olunub.