Türkiyəli aktrisa Pelin Akil “Mükəmməl Analar” serialının heyətinə daxil olub.

Dergi.az xəbər verir ki, aktrisa serialda “Banu” obrazını canlandıracaq. Serialda daha əvvəl Deniz Çakır və Ebru Özkanın da rol alacağı açıqlanıb. Deniz Çakır “Neslihan”, Ebru Özkan isə “Zümra” obrazını canlandıracaq.

Serialın ssenarisini Sevgi Yılmaz yazıb, rejissoru isə Koray Kerimoğludur. Layihənin çəkilişlərinə ay sonunda başlanacağı bildirilir və yeni ildə tv8 kanalında yayımlanacaq.