Rusiyalı aktyor Maksim Vitorgan Moskvada doqquz yaşlı oğlu Platonla vaxt keçirdiyini göstərib.
Dergi.az xəbər verir ki, Vitorgan “Biz hələ də gedirik və böyüyürük” sözləri ilə oğlunun yeni fotolarını paylaşıb. Fotoda aktyor və oğlu Moskvada gəzintidədirlər.
Qeyd edək ki, Maksim Vitorgan 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinə qarşı çıxış edib. Bu səbəbdən “Kontakt” və “Bar “Bir zəng” seriallarında onun yerinə dipfeik istifadə edilib. Aktyor hazırda İsraildə teatr layihələrində iştirak edir və ilin böyük hissəsini orada keçirir.
Platon, Vitorganın Kseniya Sobçakla nikahından olan kiçik oğludur. Cütlük 2019-cu ildə beş illik evlilikdən sonra ayrılıb. Sobçak daha sonra rejissor Konstantin Boqomolovla evlənib.
Vitorganın Viktoriya Verberqlə olan iki böyük övladı da var. Onlar hazırda İsraildə yaşayır və işləyirlər.
