Rusiyalı aktyor Maksim Vitorgan keçmiş həyat yoldaşı Kseniya Sobçakdan olan oğlu Platonla yeni fotosunu sosial mediada paylaşıb.
Dergi.az xəbər verir ki, 54 yaşlı aktyor “Məktəb illəri sərt…” sözləri ilə paylaşım edərək, Platonun qara balaklava və məktəb çantası ilə liftdə çəkilən şəklini yayımlayıb.
Maksim Vitorgan və Kseniya Sobçak 2013-cü ildə evlənib, üç il sonra isə oğulları Platon dünyaya gəlib. 2018-ci ildə cütlük ayrılıb və Sobçak teatr rejissoru Konstantin Boqomolova ərə gedib.
Vitorgan hazırda Anna Korotkova ilə münasibətdədir və cütlük arasında 18 yaş fərqi var.
Aktyor 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsini tənqid edərək İsrailə köçüb və orada yaşayır.
