Rusiyalı jurnalist Kseniya Sobçak və rejissor Konstantin Boqomolov Moskvada keçirilən bir sərgiyə qatılıblar.
Dergi.az xəbər verir ki, cütlük məşhur rəssam Qriqori Bruskinin “Zilart” məkanında təşkil edilən sərgisinə qatılıb. Sobçak tədbirdən fotoları sosial mediada paylaşıb.
45 yaşlı jurnalist sərgiyə Rusiya brendi Walk of Shame-dən geyimlə gəlib, geyimini Chanel ayaqqabı və çantası ilə tamamlayıb. Sobçak sərgi haqqında “Bu, sadəcə fantastikadır” deyə qeyd edib.
Sosial media istifadəçiləri Sobçakın sərgidə foto çəkməsinə icazə verildiyini, lakin adi ziyarətçilərə bu imtiyazın verilmədiyini bildiriblər.
Konstantin Boqomolov daha öncə Sobçakı 45 yaşı münasibətilə təbrik edib. Cütlük 2019-cu ildə ailə qurub.
