8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Bakı İstanbul Liseyinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında tədbir keçirilib.

Tədbirdə liseyin şagirdləri Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini, şəhidlərimizin fədakarlığını və xalqımızın Zəfər sevincini əks etdirən müxtəlif tamaşalar və səhnəciklərlə çıxış ediblər.

Şagirdlərin səhnədə canlandırdığı təsirli obrazlar, duyğulu kompozisiyalar və ifalar izləyicilərə unudulmaz anlar yaşadıb. Bəzi səhnələr zamanı tamaşaçılar göz yaşlarını saxlaya bilməyiblər.

Tədbir Vətənə sevgi, şəhidlərimizin əziz xatirəsinə ehtiram və Zəfər qürurunu özündə birləşdirərək alqışlarla qarşılanıb.