Amerikalı modellər Bella və Cici Hadid Victoria’s Secret moda nümayişində podiumdakı gedişləri və xarizma çatışmazlığına görə tənqid ediliblər.
Dergi.az xəbər verir ki, sosial mediada istifadəçilər Hadid bacılarını “nepotizm” və “həddindən artıq qiymətləndirilmiş” olmaqda ittiham ediblər. Onlar, “Həqiqi mələklərin” yerinə məşhurların övladlarının seçilməsindən narazı qalıblar.
İstifadəçilər, Bella və Cici Hadidin podiumda gedişinin “dəhşətli” olduğunu və əvvəlki Victoria’s Secret mələklərinin cazibədarlığını əks etdirə bilmədiklərini bildiriblər. Onlar, “Hadid bacıları həqiqi modelləri kölgədə qoyur” deyə əlavə ediblər.
Bundan əvvəl, Kylie Jenner də Victoria’s Secret nümayişindəki çıxışına görə tənqid olunmuşdu. İstifadəçilər, Jennerin 50 milyon dollarlıq Fantasy Bra ilə debüt etməsini bəyənməyiblər.
