Tanınmış jurnalist Şərəf Cəlili həyat yoldaşı, Bakı Dövlət Universitetinin dosenti Nərman Süleymanovun (Qocatürk) qəfil vəfatı ilə bağlı diqqətçəkən açıqlama verib.
Dergi.az xəbər verir ki, o, Kult.az-a açıqlamasında həyat yoldaşının ölümü ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
“İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu”, – deyə Şərəf Cəlili bildirib.
Jurnalist əlavə edib ki, məsələnin təfərrüatları ilə bağlı daha sonra açıqlama verəcək.
“Sərəncama diqqət edin, bu barədə sonra açıqlama olacaq”, – deyə o, bildirib və əlavə şərh verməkdən imtina edib.
Qeyd edək ki, bir müddət əvvəl Nərman Süleymanov barəsində xoşagəlməz məzmunlu iddialar səsləndirilmişdi. Həmin iddiaların təfərrüatları və vəfatla əlaqəsi barədə təsdiqlənmiş məlumat yoxdur.
Xatırladaq ki, Elçin Babayev bu gün Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Dergi.az
