Məşhur amerikalı aktyor Tom Kruz İngiltərə kral ailəsinin üzvü Kate Middletona təriflər yağdırıb.
Dergi.az xəbər verir ki, Tom Kruz bir müddət əvvəl Los-Ancelesdə keçirilən “Digger” filminin qala gecəsində iştirak edib. O, burada Kate Middleton və həyat yoldaşı Prens William ilə keçirdiyi anlardan bəhs edib.
Tom Kruz, Kate Middletonun mor rəngli geyimi ilə gecəyə damğasını vurduğunu bildirib. Həmçinin, Prens Williamın həyat yoldaşı seçimində ağıllı davrandığını vurğulayıb.
Aktyor, “William yaxşı iş çıxardı. Helal olsun! Ağıllıca bir seçim” deyə qeyd edib.
