Türk kinosunun əfsanəsi Kemal Sunalın illərlə gizli saxladığı bir məqam üzə çıxıb.

Dergi.az xəbər verir ki, aktrisa Perihan Savaş mərhum aktyorla bağlı xatirələrini bölüşərək onun kameraarxası həyatından maraqlı detallar açıqlayıb.

Savaş bildirib ki, Kemal Sunal kənardan soyuq və məsafəli görünsə də, bir sözü ilə ətrafındakıları güldürməyi bacarırdı. O, aktyorun çəkiliş meydançasında olduqca səliqəli və tələbkar olduğunu, yemək seçimində də xüsusi diqqət göstərdiyini söyləyib.

Bundan başqa, Sunalın xeyriyyəçilik fəaliyyətini də gizli saxladığı məlum olub. Aktyor ehtiyacı olan insanlara yardımlarını həyat yoldaşı Gül xanım vasitəsilə çatdırırmış.

Mərhum sənətçinin səhhəti ilə bağlı daha bir maraqlı detal isə illər sonra üzə çıxıb. Məlumata görə, Kemal Sunal hər il mütəmadi olaraq ürəyini müayinə etdirmək üçün Almaniyaya gedirmiş. O, ailəsini narahat etməmək üçün bu səfərləri yaxınlarından, hətta həyat yoldaşından da gizli saxlayırmış.

Aktyorun bu müayinələri ölümündən sonra onun həyatına dair kövrək detallardan biri kimi gündəmə gəlib.