Türkiyəli aktrisa Gölgən Bəngü “Meraklı Köfteci” filmindəki Fatma obrazı ilə tanınırdı, lakin sonradan akademik karyera qurmağa qərar verib.
Dergi.az xəbər verir ki, Bəngü 1976-cı ildə Kemal Sunal ilə birlikdə baş rolu paylaşdığı “Meraklı Köfteci” filmində çıxış edib. Daha sonra o, Zeki Alasya və Metin Akpınarın baş rolda olduğu “Aslan Bacanak” filmində də rol alıb.
Yeşilçamdan ayrıldıqdan sonra Bəngü Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini bitirib və ABŞ-da North Carolina A&T State University-də magistr, Clemson University-də isə doktorantura təhsili alıb.
Hazırda 71 yaşlı Gölgən Bəngü New Jersey Institute of Technology-də Makina və Sənaye Mühəndisliyi sahəsində professor olaraq fəaliyyət göstərir.
Yeşilçamda qısa müddətli bir karyeraya sahib olan Bəngü, indi mühəndislik sahəsindəki akademik nailiyyətləri ilə tanınır.
