Yeşilçamın unudulmaz simalarından biri olan Eva Bender haqqında illər sonra yeni məlumatlar ortaya çıxıb.

Dergi.az xəbər verir ki, “Tarkan” seriyasında canlandırdığı Prenses Gosha obrazı ilə yadda qalan məşhur aktrisa 1988-ci ildə vida məktubu buraxaraq itkin düşmüşdü. Uzun illər boyunca Benderdən xəbər alınmamış və onun vəfat etdiyinə dair müxtəlif iddialar yayılmışdı.

Aradan keçən illərdən sonra Eva Benderin yenidən gündəmə gəlməsi pərəstişkarlarında böyük maraq oyadıb.