Türkiyəli aktrisa Türkan Şoray COP31-də “Sinemasına bir ağacın adını verən ölkə: Türkiyə” tədbirləri çərçivəsində keçirilən görüşdə pərəstişkarları ilə bir araya gəlib.
Dergi.az xəbər verir ki, Yeşilçamın unudulmaz illərini, film setlərindəki əməkdaşlıq mədəniyyətini və kinoya olan səyahətindən xatirələrini bölüşən Şoray, tədbirdə böyük alqışlarla qarşılanıb. O, Yeşilçamın məhdud imkanlarla böyük işlər gördüyünü və bu təcrübənin bu gün də davamlı kino anlayışına ilham verə biləcəyini vurğulayıb.
Türkan Şoray, çıxışında Yeşilçam dövründə film setlərindəki iş şəraitini və o dövrdəki sinema istehsal proseslərinin fərqlərini açıqlayıb. O, o dövrdəki çəkilişlərin kiçik qruplarla həyata keçirildiyini, hazırkı dövrdə isə daha böyük ekipajlarla çalışıldığını qeyd edib.
Aktrisa, karyerası boyunca 220 filmə çəkildiyini və bu filmlərdə istifadə etdiyi kostümlərin hamısını özünün təmin etdiyini bildirib. O, çəkilişlərin çox vaxt eyni məkanlarda aparıldığını və yerli əhalinin də bu prosesə daxil edildiyini vurğulayıb.
Sözügedən tədbirdə Kadir İnanır haqqında danışarkən duyğusal anlar yaşayan Şoray, pərəstişkarları ilə səmimi dialoqlar qurub və onların sevgi dolu münasibətini hiss edib.
Söyləşi, Çevrə, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurumun həyat yoldaşı Şengül Kurumun Türkan Şoraya çiçək təqdim etməsi ilə başa çatıb.
