Kanal D-nin Emmy mükafatına namizəd olan “Uzak Şehir” serialında Nare, Ateşi qaçırıb. Sadakatın gözlədiyi DNT testi nəticəsi əlindədir. Lakin bölümdə Alyanın alovların arasında qalması diqqət çəkib.

Dergi.az xəbər verir ki, “Uzak Şehir” serialında Alyanın atası Kartal, maşası kimi istifadə etdiyi Enveri aradan qaldırmaq istəyərkən qızını təhlükəyə atıb. Enverlə danışmaq üçün gizləndiyi evə gedən Alya, Kartalın adamlarının yandırdığı evdə ölüm təhlükəsi ilə üzləşib.

İzləyicilər həm Alya, həm də onun bətnindəki körpəsi üçün narahat olub. Kartal qızını xilas etmək üçün alovların arasına girib. Enveri tapmaq üçün Alyanı izləyən Cihanın da hadisə yerinə gəlməsi ilə həyəcan artıb.

Alya və Cihanın otağının əvvəlki vəziyyətinə qayıtması seriyanın sürprizi olub. Narenin Ateşi qaçırdığı anlar nəfəs kəsib. Sadakatın gözlədiyi DNT testi isə nəhayət əlindədir. “Uzak Şehir” baş döndürücü inkişafları ilə bütün izləyici kateqoriyalarında birinci olub.

XƏBƏRİN VİDEOSU