Rusiyalı müğənni Nyuşa (əsl adı Anna Şuroçkina) DJ Vlad Xanetski ilə münasibətlərini bitirib. Bu barədə Super.ru məlumat yayıb.
Dergi.az xəbər verir ki, jurnalistlər müğənni və DJ-nin sosial şəbəkələrdə bir-birini izləmədiyini və birgə məzmun paylaşmadığını aşkarlayıblar. Xanetskinin digər qadınların açıq-saçıq fotolarına şərhlər yazdığı da iddia olunur. Cütlüyə yaxın mənbə ayrılıq xəbərlərini təsdiqləyib. Lakin Nyuşanın profilində DJ ilə köhnə şəkillər qalmaqdadır.
Nyuşa və Saratovdan olan DJ Xanetski arasında münasibət müğənninin boşanmasından sonra başlayıb. Xanetski Khaney təxəllüsü ilə çıxış edir və daha əvvəl Cigan və Artik & Asti ilə əməkdaşlıq edib. Müğənni uzun müddət şəxsi həyatını gizli saxlayıb, lakin dostları təsadüfən yeni sevgilisini sosial şəbəkələrdə göstəriblər. Bundan sonra Nyuşa münasibətləri təsdiqləyib və DJ-i klipində çəkib, 2026-cı ilin yayında onunla birlikdə mahnı buraxıb.
Nyuşa, DJ Xanetski ilə münasibətlərindən əvvəl, yeddi il ərzində iş adamı və biznes-koç İqor Sivovla evli olub. Cütlük 2024-cü ilin avqustunda boşanıb və onların uşaqları – qızı Serafima-Simba və oğlu Saffron hazırda Dubayda ataları ilə yaşayır.
Noyabrın əvvəlində müğənninin ailəsində bədbəxt hadisə baş verib: onun bacısı, sinxron üzgüçülük üzrə ikiqat olimpiya çempionu Mariya Şuroçkina, Moskva mənzilindəki yanğından sonra ağır yanıq xəsarətləri ilə reanimasiyaya yerləşdirilib.
