Rusiyalı supermodel Nataliya Vodyanova üzündə etdiyi dəyişikliklərlə gündəmə gəlib.

Dergi.az xəbər verir ki, Woman.ru-ya danışan ekspert Madina Osman bildirib ki, Vodyanovanın çənə formasında dəyişikliklər müşahidə edilib. Onun sözlərinə görə, bu dəyişikliklər dermal filler vasitəsilə inyeksiya metodları ilə yanaşı, implant əməliyyatı ilə də əldə edilə bilər.

Osman qeyd edib ki, Vodyanovanın çənəsi ciddi şəkildə irəli çıxıb və bu nəticəni yalnız inyeksiyalarla əldə etmək çətin olar. Çox güman ki, implant qoyulub, lakin bu prosedur uzun müddətli reabilitasiya tələb edir.