Türkiyəli keçmiş futbolçu və “Survivor” yarışmasının iştirakçısı Aycan Yanaç estetik əməliyyat keçirib.

Dergi.az xəbər verir ki, Aycan Yanaç sinələrinə silikon implantlar tətbiq etdiyini sosial media vasitəsilə izləyiciləri ilə paylaşıb. O, bu prosesi ətraflı şəkildə bir vlogda açıqlayıb və sosial mediada geniş müzakirələrə səbəb olub.

Yanaçın paylaşdığı videoda silikon implantları üzərinə tutaraq “Buna da okeyim” deməsi izləyicilər arasında müxtəlif reaksiyalara səbəb olub. Yanaçın yaxın dostu isə izləyicilərdən “Aycanın neçə cc olduğunu düşünürsünüz?” sualını soruşub, bu da sosial mediada böyük mübahisələrə yol açıb.

Sosial mediada “Raketlər hazır”, “Bunu da videoya almasaydınız ya”, “Bu qədərinə ehtiyac var idimi?” kimi tənqidlər gəlib. Aycan Yanaç isə hələ bu tənqidlərə cavab verməyib.