Amerikalı müğənni və aktrisa Selena Qomez Keniyada məktəbli bir qızla söhbəti ilə sosial mediada yenidən gündəmə gəlib.

Dergi.az xəbər verir ki, Selena Qomez 2019-cu ildə Keniyada xeyriyyə səfəri zamanı Maasai Mara və Nayrobidə məktəbləri ziyarət edib. Burada o, Diana adlı məktəbli bir qızla görüşüb. Diana təhsilini davam etdirmək üçün təqaüd aldığını, əks halda uşaq yaşda evlənməyə məcbur ediləcəyini bildirib.

Selena isə bu açıqlamaya cavab olaraq “Sevgiyə inanırsan?” sualını verib. Bu cavab sosial mediada böyük marağa səbəb olub və istifadəçilər arasında geniş müzakirələrə yol açıb.

Selena Qomezin bu cavabı sosial mediada müxtəlif reaksiyalarla qarşılanıb. Bəzi istifadəçilər onun sualını anlaşılmaz hesab ediblər.