Türkiyəli aktrisa Hande Erçel 24 saat sonra silinəcək bir reklam üçün tələb etdiyi məbləğlə gündəmə gəlib.
Dergi.az xəbər verir ki, “Gel Konuşalım” adlı maqazin proqramında aktrisanın reklam qiymətləri müzakirə edilib. Bildirilir ki, Erçel belə paylaşımlar üçün 500 min ilə 700 min TL arasında gəlir əldə edir.
Bu iddia sosial mediada geniş müzakirələrə səbəb olub. Hande Erçel isə hələlik bu məlumatlara dair hər hansı bir açıqlama verməyib.
