Türkiyəli pop müğənni Hadisə İzmir şəhərində keçirilən Geon Festivalında unudulmaz bir gecə yaşadıb.
Dergi.az xəbər verir ki, məşhur müğənni Tarixi Havagazı Fabrikası’nda səhnəyə çıxaraq minlərlə pərəstişkarı ilə birlikdə böyük bir xor təşkil edib. Hadisə, mahnıları və yüksək enerjisi ilə gecəyə damğa vurub.
Konsertdə Hadisənin pərəstişkarları hazırladıqları pankartlar və tezahüratlarla gecə boyu sevgilərini ifadə ediblər. Onlar “Geliyorum Yanına” mahnısını ifa etməsini istəyib və Hadisə bu istəyi yerinə yetirib. Minlərlə insan bu mahnını bir ağızdan oxuyub.
Gecənin ən unudulmaz anlarından biri isə Hadisənin “Nerdesin Aşkım?” sualına tamaşaçıların “Buradayım aşkım!” cavabı ilə cavab verməsi olub.
“Ara Beni” mahnısı səsləndirilərkən coşqulu kütlənin ritmik səsi bütün şəhərə yayılıb. Hadisə İzmir xalqı ilə qurduğu güclü bağ və interaktiv səhnə şousu ilə bir daha təqdir toplayıb.
