Türkiyəli müğənni Hakkı Bulut İstanbulun Beylikdüzü rayonunda səhnə performansı zamanı səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.
Dergi.az xəbər verir ki, konsert zamanı qəfildən narahatlanan sənətçinin xəstəxanaya aparılması pərəstişkarlarını narahat edib.
Sənətçinin səhhəti ilə bağlı gözlənilən açıqlama meneceri İrfan Gündən gəlib. Gün, Bulutun təzyiq yüksəlişi səbəbindən narahatlandığını, lakin narahatlığa səbəb olan bir vəziyyətin olmadığını və sənətçinin səhhətinin yaxşı olduğunu bildirib.
Hakkı Bulut bir neçə saat sonra xəstəxanadan çıxarılıb.
