Türkiyəli aktyorlar Halit Ergenç və Meryem Uzerlini 15 il sonra yenidən bir araya gətirən “İmrozda Bahar” filminin ana afişi yayımlanıb.
Dergi.az xəbər verir ki, filmin rejissoru və ssenaristi Özcan Alperdir. Yapımcılığını Sky Films həyata keçirir. Afişanın sosial mediada geniş müzakirə edildiyi bildirilib.
“İmrozda Bahar” filmi Gökçeadanın (İmroz) təbiətində çəkilib və tamaşaçıları emosional bir səyahətə dəvət edir. Afişada Halit Ergenç və Meryem Uzerlinin duyğusal ifadələri adanın mənzərəsi ilə harmoniya təşkil edir.
Film, keçmişlə üzləşmə və həyatda ikinci şanslar mövzusunu mərkəzə alır. Özcan Alperin unikal sinematografik yanaşması ilə bu əsər vizual bir şölen təqdim edir.
“İmrozda Bahar” əvvəlcə Türkiyədəki rəqəmsal platformalarda yayımlanacaq, daha sonra isə 50-dən çox ölkədə nümayiş olunacaq.
