Türkiyəli aktyor Halit Ergenç Rusiyanın Ankaradakı səfiri Sergey Verşinin ilə İstanbulda görüşüb.

Dergi.az xəbər verir ki, görüş Rusiya Başkonsulluğunda keçirilib və Başkonsul Aleksandr Kalaçev də iştirak edib. Verşinin Halit Ergençin sentyabr ayında Yekaterinburqda keçirilən Beynəlxalq Gənclik Festivalına səfərini yüksək qiymətləndirib. Aktyor festivalda mədəniyyət, incəsənət və kino sahəsində müasir meyllər haqqında gənc nümayəndələrlə fikir mübadiləsi aparıb.

Halit Ergenç görüşdə “Möhtəşəm Yüzil” serialındakı Sultan Süleyman rolu və digər əlamətdar işlərindən danışıb. Sergey Verşinin isə bu serialın və digər türk istehsalı olan layihələrin Rusiyada böyük maraqla izlənildiyini ifadə edib.

Səfir Halit Ergençə gələcək işlərində uğurlar arzulayıb və iki ölkə arasında mədəni əlaqələrin əhəmiyyətini vurğulayıb.