Rusiyalı aktrisa Nadejda Mixalkova gizli şəkildə Xantı-Mansiysk muxtar dairəsinin qubernatoru Ruslan Kuxaruk ilə evlənməsi və üçüncü övladını dünyaya gətirməsi xəbərlərindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Dergi.az xəbər verir ki, Nadejda Mixalkova Moskvanın “Za našim domom sad” filminin premyerasında iştirak edib. Rejissor Anton Nefedovun çəkdiyi film 1994-cü ildə Qroznıda müharibə ərəfəsində baş verən hadisələri əks etdirir. Mixalkovanın qəhrəmanı şəhəri tərk etmək üçün mənzilini satmağa çalışır.

İyul ayında Kuxarukdan Yekaterina adlı qızını dünyaya gətirən Mixalkova, bir ay sonra işə qayıdıb. O, hazırda atasının teatrında “Vassa Jeleznova” tamaşası üçün hazırlıqlara başlayıb ki, bu da onun rejissor debütü olacaq.

Mixalkova və Kuxarukun münasibətləri təxminən bir yarım il əvvəl “Od ruhu” kinofestivalında tanış olduqdan sonra başlayıb. Qubernatorun ilk evliliyi davam edərkən bu münasibətlərin başladığı bildirilir.

Nadejda Mixalkova əvvəlcə rejissor Rezo Gigineişvili ilə evli olub və bu evlilikdən iki övladı var.