Böyük Britaniyalı aktrisa Elizabet Hörli Mayli Sayrusun atası ilə evlənmək qərarına gəlib.

Dergi.az xəbər verir ki, 61 yaşlı Hörli ilə Mayli Sayrusun atası arasında münasibətlər ciddiləşib. Bildirilir ki, cütlük artıq nişanlanıb və yaxın zamanda nikah masasına oturmağı planlaşdırır.

Elizabet Hörli şəxsi həyatı ilə tez-tez medianın diqqət mərkəzində olub. Aktrisanın ən məşhur münasibəti aktyor Hyu Qrantla olub və onlar 13 il birlikdə yaşayıb.

Qrantla münasibətləri 2000-ci ildə başa çatsa da, Hörli onunla dostluq əlaqələrini saxlayıb. Qrant sonradan Hörlinin oğlunun xaç atası olub.