Türkiyəli aktrisa Meryem Uzerli ‘Kürk Mantolu Madonna’ filminin ‘Maria Puder’ obrazını canlandırmaq üçün müqavilə imzalayıb.
Dergi.az xəbər verir ki, Fikri Harika Production və Saçaklı Film Studios tərəfindən çəkilən film, Sabahattin Alinin məşhur romanının ekran adaptasiyasıdır. Mert Dikmen ssenarini yazıb, rejissor isə Sedat İnci olacaq.
Filmin çəkilişləri Türkiyə və Almaniyada həyata keçiriləcək və prodüksiya işləri Berlinin Babelsberg Studiyalarında aparılacaq.
Əsərin digər əsas obrazı ‘Raif Efendi’ni canlandıracaq aktyorun müəyyən edilməsi üçün danışıqlar davam edir.
