Rusiyalı teleaparıcı və jurnalist Ksenya Sobçak 45-ci doğum gününü böyük bir tədbirlə qeyd edib.
Dergi.az xəbər verir ki, mənbəyə əsasən, Sobçak bu əlamətdar günü “Restoranlar Rappoporta” premium şəbəkəsinin birində təşkil olunan genişmiqyaslı ziyafətlə keçirib. Tədbir David Linçin “Twin Peaks” atmosferində təşkil olunub və qonaqlar üçün qara, qırmızı və ağ rənglərdə geyim kodu müəyyən edilib.
Gecədə Sobçak qara dərin dekolteli paltar və xəz palto ilə iştirak edib. Onun obrazı hündür şlyapa, inci çoker və çanta ilə tamamlanıb.
Tədbirin qonaqları arasında Sobçakın həyat yoldaşı Konstantin Boqomolov, oğlu Platon, Yana Rudkovskaya, Timati, Svetlana Bondarçuk və digər tanınmış simalar yer alıb. Gecədə müğənni Vanya Dmitriyenko çıxış edib, Sobçak isə Timati ilə birlikdə “Potansuy” mahnısını ifa edib.
Gecənin sonunda Sobçak “çariça tort” adlandırdığı tortun üzərindəki şamları üfürüb.
