Türkiyəli müğənni Mahsun Kırmızıgül konsert qiymətlərinin astronomik həddə çatmasına etiraz edib.

Dergi.az xəbər verir ki, Kıbrısda səhnə almadan əvvəl jurnalistlərin suallarını cavablandıran Mahsun Kırmızıgül, yayılan yüksək qiymətlərin həqiqəti əks etdirmədiyini bildirib. Müğənni bu rəqəmlərin şişirdildiyini və buna görə telefonlarının susmadığını qeyd edib.

Kırmızıgül, “Bu cür şeylər etməyin. O qiymətləri görən hər kəs məni axtarmağa başladı və ‘Nə var, necəsən?’ deyə soruşurlar. Abartılır, qardaşım” sözləri ilə etirazını ifadə edib.

Müğənni həmçinin kino sektorunun iqtisadi çətinliklərindən də danışıb və bu sahənin toparlanması üçün hər kəsin məsuliyyət almalı olduğunu vurğulayıb.

Mahsun Kırmızıgül səhnə performanslarında da fərqli yanaşma tətbiq etdiyini, uşaqlıq görüntülərini istifadə edərək tamaşaçılara hekayə təqdim etdiyini bildirib.