Türkiyəli müğənnilər Kenan Doğulu, Ebru Gündeş və Mahsun Kırmızıgülün 2027-ci ilin yeni il gecəsi üçün alacaqları səhnə haqları açıqlanıb.
Dergi.az xəbər verir ki, Posta qəzetinin məlumatına görə, bu məşhurlar Kiprdə fərqli otellərdə çıxış edərək hər biri üçün 25 milyon TL qazanacaq. Konsertlər orta hesabla 2 saat davam edəcək.
Kiprdə və Batumda baş tutacaq yeni il gecəsi üçün digər məşhurlar da yüksək məbləğlər alacaq. Yıldız Tilbe, Hadisə, Hande Yener və Gülşen kimi adlar Kiprdə, Bülent Ersoy isə Batumda səhnə alacaq.
Əldə olunan məlumatlara əsasən, Yıldız Tilbe və Hadisə 22 milyon 600 min TL, Edis və Hande Yener 20 milyon TL, Gülşen və Sibel Can isə 15 milyon TL qazanacaq.
